Heykəltəraşlarımız
Tural Rzaquliyev
1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə A. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasını bitirib, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsini, 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini bitirib. Rəssam və heykəltəraş Tural Rzaquliyev 2005-ci ildən Azərbaycan Rəssamlar İttif
Tural Rzaquliyev həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltəraşlıq nümunələrinin müəllifidir.
aqının üzvüdür. “Gənclər və incəsənət” adlanan gənc rəssamların sərgisində, 2001-ci ildə Mədəniyyət Nazirliyin Fəxri fərmanını alıb. 2002-ci ildə rəssamlıq sənəti sahəsində qazandığı uğurlara görə Gənclər mükafatına layıq görülüb. 1999-cu ildən “QGallery” qalereyası ilə əməkdaşlıq edir. 2008-ci ildə Bakıda Muğam teatrının açılışı olub və Turala Rzaquliyevə teatrın foyesində yerləşən 30 büstlərdan ikisi məxsusdur. Heykəllər və abidələr: 2005 – Şah İsmayıl Xətainin heykəli, Masallı rayonunda 2011 - Nizami Gəncəvinin heykəli, Masallı rayonunda 2016 – Dəmiryolçuların heykəlləri, Mərkəzi Dəmir Yol vağzalı, Bakı, Azərbaycan 2017 – “Həyat” kompozisiyası, 4 heykəl, Bulvar Hotel, Bakı, Azərbaycan 2018 – “Dəniz atları” fəvvarələr, Ağ Şəhər, Bakı, Azərbaycan 2018 – Mustafa Kamal Atatürkün heykəli, İstanbul, Türkiyə 2019 – “Şərabçı” və “Üzüm yığan qız” heykəl kompozisiyası, Savalan, Qəbələ 2019 – “Gün və gecə” heykəl, ADA universiteti, Bakı Sərgilər: 1999-cu ildən – Respublika gənclər sərgilərində iştirak edir, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2012 – “Xocalı faciəsi”-nə həsr olunmuş sərgi, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2014 – “Küknar” Festivalının “Səməni” sərgisi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan 2016 - “Daşın nəğməsi” I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu, iştirakçı, Qala, Bakı, Azərbaycan 2017-2019 - “Daşın nəğməsi” Beynəlxalg Heykəltəraşlıq Simpoziumları, təşkilatçı, Qala, Bakı, Azərbaycan Əsərlər Fransada, Almaniyada, İtaliyada, İspaniyada və digər ölkələrdə saxlanılır.
Tural Rzaquliyev. Sənət əsərləri
Əsərlər Fransada, Almaniyada, İtaliyada, İspaniyada və digər ölkələrdə saxlanılır.