Qalereya

Cism və sümüklər

Oktyabrın 10-da “Qız Qalası” qalereyası heykəltəraşlıq və qrafika işlərindən ibarət Avstriyadan olan iki rəssamın birgə maraqlı və yeni sərgiləri ilə bakılıları və şəhərimizin qonaqlarını sevindirəcəkdir. Sərgi “Cism və sümüklər” adlı mövzu kimi elan edilmişdir. Hər iki rəssamın yaradıcılıq konsepsiyası ilə tanış olduqdan sonra insanda maraq oyadan bu mövzu öz izahını tapir. Tomas Kosma və Ben Siqel məşhur Avstriya heykəltəraşı Alfred Hardlekin məktəbinin məzunlarıdır. Onlar öz yaradıcılıqlarında insanın fiziki varlığı mövzusunu təkmilləşdirməklə bu mövzuya müxtəlif konseptual pozisiyalardan yanaşırlar. Tomas Kosma insanın bədən quruluşunu skelet səviyyəsində öyrənir. Onu əsasən arxeoloji materiallar maraqlandırır ki, bu materiallar rəssamın xəyalını eramızdan əvvəlki dövrə hələ mamontların Yer üzərində gəzdiyi dövrə aparır. Rəssam deyir ki, ölümdən sonra qalan insanda yeganə sümüklərdir. Onlar ölüm simvolu olmaqla çürümürlər və əbədidirlər və bununla bahəm insanın bədənini formalaşdıraraq yaşadığı dövrdə onun əsasını təşkil edirlər. Dekorativ sənətkarlıqda, suvenirlərin, mebellərin hazırlanmasında istifadə olunan heyvanların sümük qalıqları kövrəkliyi və əbədiliyi özündə birləşdirərək öz unikal strukturları ilə cəlb edirlər. Rəssamın arxeologiyaya marağı, arxeoloji qazıntılar zamanı tapılmış keramika məmulatlarının bərpası ilə məşğul olan bərpaçı anasının işlərini seyr etdiyi dövrlərdə hələ uşaqlıq illərindən yaranmışdır. Rəssam öz ideyalarını müxtəlif materiallarda metal, beton, daş həmçinin, qrafika işlərində həyata keçirərək diqqəti əsasən material və formanın birgə vəhdətinə yönəldir ki, bu da yeni ideyaların meydana gəlməsinin əsasını təşkil edir. Sərgidə o, “Cakometti”, “Həlak olmuşların portretləri”, “Qabırğa”, “Kəllələr” və s. kimi əsərlər təqdim edəcəkdir. Ben Siqel insan cisminin maddi varlığına toxunur. Onu, insanlarda mövcud olan müxtəliflik, bədəndə olan çatışmamazlıqlar və həm də onun mükəmməl formaları maraqlandırır. İnsan bədəninin xüsusiyyətlərini öyrənmək üçün rəssam müxtəlif ifadə vasitələrindən istifadə edir. Buraya rəsm və qrafika işləri, daşdan, tuncdan və ağacdan heykəl aid ola bilər. Nəticədə isə işlənilən hər bir materialın və həmçinin texnikanın plastik imkanını üstələyərək insan bədənini xarakter xüsusiyyətlərini və quruluşunu göstərə bilər. Heykəltəraşlıqda rəssam non-finito üsuluna əl atır. Bu zaman heykəlin forması müəyyən qədər daş blokdan “qurtulmuş” olur ki, bu da abstrakt incəsənətdə ən çox yayılmış formalardan biridir. Sərgidə “Qısqanclıq”, “Boksçu”, “Xəyalpərəst” və s. kimi işlər təqdim olunacaq. Ben Siqelin müxtəlif növlərdə yaratdığı qrafikala – ağac üzərində qrafika, ofortlar, tuş və akvarellə çəkilmiş şəkillər, kağız üzərində monoxrom rəsm işləri gələcək heykəltəraşlıq işləri üçün etüdlərdır. Həmçinin, rəssam, müəllif qrafika vərəqləri yaratmaqla burada yenə də əsas mərkəzi ideyanı qoruyur. Əsərlərdə o, insan bədəninin bütün hallarını həm hərəkətli və gərgin halını həm də boşalmış və sakit halını tədqiq edir. “Qız Qalası” qalereyasında keçiriləcək Avstriyadan olan bu iki konseptualist rəssamın birgə sərgisi ilk dəfə olaraq “Cism və sümüklər” özünəməxsus sintez kimi hər iki rəssamın yaradıcılığını birləşdirəcəkdir.