Qalereya

Rhythm of Jazz

Klassik və yüngül musiqinin nəhəng təbəqələrinin təcəssümü kimi müxtəlif musiqi növləri içərisində yalnız caz yeganə fenomen olan improvizasiyaya - musiqi düşüncələrinin sərbəst ifadə edilmə xüsusiyyətinə malikdir. Caz – xüsusi bir musiqidir, onun pərəstişkarlarını heç kimlə səhv salmaq olmaz. Ritmin əsas rolu, dalğavarı hərəkət hissiyyatı yaradan melodiya vurğuları, improvizasiya olunmuş başlanğıc... Bəhruz Kəngərlinin rəsmləri – rənglərin təntənəsidir və onlar heç də hər zaman məntiqi olmayan, lakin gözəl hissiyyatlarla məftunedici ekspromtun emosional vəziyyətidir. Bu hissiyyat onun əsərlərinin rəng amplitudasının parlaqlığı sayəsində yaranır. Rəssamın caz improvizasiyaları emosional yüksəliş və rəng münasibətlərinin ahəngi ilə o qədər zəngindir ki, onlar sanki rəsm əsərinin hüdudlarını aşıb keçmək əzmindədirlər. Gənc və istedadlı Azərbaycan rəssamının əsərləri hərtərəfli və baxımlıdır, buna görə də onun qeyri-adi üslubu ilə tanış olduqdan sonra, Siz sadəcə olaraq qəfil canlanan emosiyalar burulğanından xilas ola bilməyəcək və Sizi bürüyən hisslərin dərinliklərinə qərq olacaqsınız. Siz, İçərişəhərin mərkəzində, “Qız Qalası” rəsm qalereyasında 2017-ci il oktyabrın 20-dən 28-dək keçiriləcək Bəhruz Kəngərlinin “Rhytm of Jazz”(Caz Ritmi) fərdi sərgisini ziyarət etməklə, cazı hiss edə və çox güman ki, düşünmədən ona məftun ola bilərsiniz.