Rəssamlarımız

Məlik Ağamalov

Rəssam

1962-ci ildə Bakı şəhərində anadan olub 1982 – Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1987-ci ildə ilk dəfə Moskva şəhərində Mərkəzi Rəssamlar Evində gənc rəssamların sərgisində iştirak edib. 1990 – V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olub. 1997 – Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. 2015 - Azərbaycanın Əməkdar Rəssamı fəxri adına l

Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas simalarından hesab olunur.

ayiq görülmüşdür. TƏDBİRLƏR 2012 - Fərdi sərgi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan; 2012 - “Fly to Baku. Contemporary art from Azerbaijan”, Hotel Salomon de Rotşild, Paris, Fransa; Phillips de Pury & Company, London, Böyük Britaniya; 2010 - “Fəlsəfi baharlar”, Muzey Mərkəzi, Bakı, Azərbaycan; 2009 - “Ağ və Qara”, Muzey Mərkəzi, Bakı, Azərbaycan; 2004 - Fərdi sərgi, Bergkamen Dövlət Muzeyi, Stadtische Galerie “Sohle 1”, Bergkamen, Almaniya; 2000 - Fərdi sərgi, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya; Fərdi sərgi, Bakı İncəsənət Mərkəzi, Azərbaycan; 1999 - “Azərbaycan Rəssamlarının Sərgisi”, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya; 1991 - Fərdi sərgi, “Le Bash” qalereyası, Paris, Fransa; Fərdi sərgi, Bakı İncəsənət Mərkəzi, Azərbaycan; Azərbaycan Mədəniyyəti Günləri, Şeyx Zeid Mərkəzi, Abu-Dabu, BƏƏ; 1990 - Azərbaycan Mədəniyyəti Günləri, Siti-Holl, Karpantra, Fransa; 1989 - Gənc rəssamların birgə Sərgisi, Bakı İncəsənət Mərkəzi, Azərbaycan; 1988 - Gənc rəssamların sərgisi, Manejdə Sərgi zalı, Moskva, Rusiya; 1988 - Gənc rəssamların birgə sərgisi, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya; 1987 - Gənc rəssamların Sərgisi, Krım Valı, Moskva, Rusiya; O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcısı budur ki, rəssam apardığı estetik cəhətdən ölçüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı - insanın daxili aləmini göstərməyi unutmur. Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.

Məlik Ağamalov - Rəsmlər

O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.