Rəssamlarımız

Namiq Məmmədov

Rəssam

Əməkdar Azərbaycan rəssamı 1957-ci ildə Gəncədə, Azərbaycanda anadan olmuşdur. 1982-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1988-ci ildə Vilniusda Litva Dövlət Rəssamlıq Akademiyasının dəzgah rəngkarlığı şöbəsini bitirmişdir. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. N.Məmmədov öz yaradıcılıq fəaliyyətinə 1982-ci ildə keçirilən “Gənclərin yara

Bu gün rəssam yaradıcılıq ideyaları və güclə doludur və kim bilir, rəngkarlıq adlanan bu sonsuz dünyada davam edən xoşbəxtlik düsturu axtardığı səyahətində hələ nə qədər yeni-yeni formal və obrazlı həll variantları meydana çıxacaq. Bir

dıcılıq həftəsi” adlı sərgidə iki “Bizim Bağ” və “Gimnast qız” əsərləri ilə başlamışdır. Rəssam regional və beynəlxalq sərgilərin iştirakçısıdır. 1990-1991-ci illərdə Azərbaycan rəssamlarının “20 Yanvar Faciəsi”nə həsr olunmuş sərgisində “Müharibənin rəqsi” “Qaçqınlar”və s. əsərləri ilə iştirak etmişdir. 1993-cü ildə S.Bəhlulzadə adına sərgi salonunda “7-ci mərtəbə” qrup sərgisində iştirak etmişdir. 1996-ci ildə Bakı İncəsənət Mərkəzində rəssamın fərdi sərgisi keçirilmişdir. 1997-ci ildə Osloda, Norveçdə fərdi sərgisi keçirilmişdir. 2001-ci ildə rəssam “Bakı-Tbilisi-Ceyhan” adlı divar rəngkarlığı simpoziumunda iştirak etmişdir. 2003-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sərgi salonunda “Alban Oratoriyası” Mövzusunda fərdi sərgisi keçirilmişdir. 2004-cü ildə Osloda, Norveçdə rəssamın fərdi sərgisi keçirilmişdir. Elə həmin ildə Azərbaycan rəssamlarının Fransa senatında keçirilən sərgisində də iştirak etmişdir. 2005,2006,2007-ci illərdə Azərbaycan rəssamlarının Moskvada Mərkəzi rəssamlar evində keçirilən sərgilərin iştirakçısıdır. 1997-2001-ci illərdə Şəkidə keçirilən beynəlxalq simpoziumun iştirakçısı olmuşdur. 2007-ci ildə Daniyada ,Kopenhagendə rəssamın fərdi sərgisi keçirilmişdir. 2008-ci ildə Bakı Müasir İncəsənət Mərkəzində fərdi sərgisi keçirilmişdir. 2008-ci ildə keçirilmiş “Türksoy” simpoziumunun Azərbaycan təmsilçisidir. 2001-2006-ci illərdə Azərbaycan dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdir. Dosentdir. 2003-cü ildə silsilə əsərlərə görə “Humay “ Mükafatı Laureatı adına layiq görülmüşdür. Rəssamın yaradıcılığına 1997, 2002, 2003-cü illərdə Azərbaycan televiziyası tərəfindən çəkilmiş televernisajlar və 1998, 2004, 2006, 2008–ci illərdə çəkilmiş televiziya proqramları həsr olunmuşdur.