Rəssamlarımız

Fikrət Həşimov

Rəssam

1948-ci ildə Şahbuz rayonunda anadan olub. Əməkdar rəssam 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1976-cı ildə İ.Repin adına Rəssamlıq Akademiyasının məzunu olur. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssamın əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyadakı sərgilərdə nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleks

Fikrət Həşimov 1999-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəngarlıq kafedrasında, kafedra müdiri vəzifəsində calışmışdır. 1999-cu ildən bu günə kimi Türkiyənin böyük universitetlərindən biri olan Atatürk Universitetinin Rəssamlıq fakültəsində çalışır. Dosent kimi calışmağa başladığı universitetdə artıq professor elmi dərəcəsini alıb.

iyalarda saxlanılır. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı iki əsəri saxlanmaqdadır. Bundan başqa Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki qalereyada, Fransanın Menjinski adına Qalereyada, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Müasir Sənət Muzeyində, Atatürk Universitetı, İncəsənət Muzeyində də Fikrət Həşimovun əsərləri sərgilənir. Rəssam Fikrət Həşimov haqqında dünyanın bir çox mətbuat orqanlarında məlumatlar çap olunub. Azərabaycanın elm, təhsil, sənət adamları haqqında yazılan "Kim kimdir" adlı ensiklopediyasında ətraflı məlumatlar verilmişdir. 2010-cu ildə Ərzurum I Beynəlxalq Rəssamlıq Simpoziumunda sərgilənən əsərlərinə görə mükafata layiq görülmüşdür. Mükafatı Türkiyə Cümhuriyyəti Səhiyyə naziri təqdim etmişdir. Onun dünyanın bir çox sərgi mərkəzlərində, rəsm qalereyalarında 30-dək sərgisi təşkil edilmişdir. Həmin qalereyalarda minlərlə insan rəssamın ruhunun dərinliklərindən doğularaq yaranan əsərlərlə tanış olmuşlar. Rəssamlıq fəaliyyəti dövründə 1984-cü ildə Çexoslavakiya Gəncər biriliyinin medalı, 1986-cı ildə Qafqaz Rəssamları Birliyinin birincilik mükafatını - qızıl medalı, 1988-ci ildə Azərbaycan Rəssamlar Birliyinin birincilik mükafatına və sair mükafatlara layiq görülmüşdür.

Fikrət Həşimov - Rəsmlər

Fikrət Həşimov öz əsərlərində milli adət-ənənəni, cəmiyyətdəki fərqlilikləri böyük ustalıqla öz çalarlarında vermiş sənətkarlardandır.