Rəssamlarımız

Asif Azərelli Əməkdar rəssam

Rəssam

Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə keçmiş SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür. 1980-cı ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir. 1980-cı ildə SSRİ Rəssam

1972-ci ildən bu günə qədər müxtəlif beynəlxalq sərgi, festival və simpoziumlarda fəal və səmərəli iştirak edir.

lar İttifaqına qəbul olunmuşdur. 1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışır. Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir.

Asif Azərelli Əməkdar rəssam - Rəsmlər

Rəssamın əsərləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda, Azərbaycan Rəssamlar İttifaqının kolleksiyasında, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kolleksiyasında saxlanılır.