Qalereya

Quşlar üçün viza

Bir müddət əvvəl Bakının "Qız Qalası” qalereyasında məşhur azərbaycanlı rəssam Əliyar Əlimirzəyevin işlərindən ibarət fərdi sərgi baş tutub. Vernisaj özünün qeyri-adi və orijinal adıyla seçilirdi – "Quşlar üçün viza”. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Eliar Alimirzəyev müəyyən ideya və konsepiyaları ilə seçilən maraqlı və özünəməxsus işlərini təqdim etdi. Sərgidə rəssam qrafik işlərlə yanaşı, heykəltaraşlıq nümunələrini də təqdim edirdi və mən sizin diqqətinizi buna cəlb etmək istəyirəm. Qeyri-adi elementlərdən, məsələn, velosiped təkərindən hazırlanmış əcaib formalar heykəllərə orijinallıq bəxş edirdi. Qadın obrazlarından hazırlanmış heykəllər xüsusilə diqqətəlayiq idi. Əlimirzəyevin işlərində baxana insan fantaziyasının tükənməzliyinə bir daha əmin olursan. Məsələn, "Yol 3” adlı heykəli vurğulamaq olar. O, müxtəlif elementlərdən - velosiped, maşın şini və velosipeddə oturmuş qadın ayaqlarından ibarətdir. Ən maraqlısı odur ki, qadının bədəni yoxdur, ancaq bu ümumi kompozisiyanı pozmur. Daha dəqiqi isə, velosiped çərçivəsi qadın bədənini, nəqliyyat vasitəsinin ön hissəsi isə qadın əllərini əvəz edir. Doğurdan da düşündürücü işdir. Sərgilənən eksponatlar arasında qeyri-adi musiqi alətləri də təqdim edilirdi. Digər heykəl isə velosipeddə oturmuş qadındır, ancaq əks istiqamətdə oturmuş. Buna görə də, bir tərəfdən baxmaqla, heykəlinin konsepsiyasını və vəhdətini anlamaq mümkün deyil. Heykəlin ətrafında fırlanmaqla onu kəşf etmək olar.