Qalereya

Vergül

Sərgidə nümayiş etdirilən əsərlər prinsip etibarilə, çox da nəzərə çarpmayan, hətta məxfi texnika olan yağlı boya texnikasında yerinə yetirilmişdir. Leyla Əzimbəyovanın yaratdığı əsərlər, onun forma və ənənələrə hörməti, dialoqa hazırlığı ilə yanaşı müasir incəsənətin mediumlarıdır. Leylanın əsərləri konseptual baxımdan bütövdürlər. Günay Bəylərovanın natura vəziyyətləri ilə kəskin çulğanmış janr səhnələrinin, portret və tipaj xarakteristikalarının arxasında mühüm məzmunlu quruluş, kəskinləşmiş zaman axını hissi duyulur. Röya Həsənovanın çoxfiqurlu rəsm əsərləri mürəkkəbliyi ilə fərqlənir: təhkiyəçilik kinayə - alleqoriya ilə, fantastik obrazlar – maddi obrazlarla uyğunlaşır. Janr məsələlərinin müxtəlifliyinə baxmayaraq, yağlı boya texnikası – düşünülənlərin balansını qoruyub saxlamaq vasitəsidir ki, bu da obrazlı şəkildə desək, “yerdən tutmağa” – dünya qavrayışının səmimiliyini və aktuallığını qorumağa kömək edir. Nigar Familsoyun xarici görünüşcə sadədil, sanki qeyri-tələbkar naturalı, hərəkətli, mobil əsərləri həyatın mühüm məqamlarını aşkara çıxarır. Çoxsaylı sərgi və festivallarda iştirak təcrübəsinə sahib olan rəssam xanımların yaradıcılıq yolu hələ yeni başlayır və qarşıda onları bir çox maraqlı kəşflər gözləyir və bu sərgi – müəlliflər üçün özünəməxsus “hesablama vergülü”dür.