Qalereya

Rəqs Edən Caz

QGallery böyük məmnuniyyətlə Ramina Səadətxanın “Rəqs Edən Caz” adlı fərdi sərgisini təqdim edir. Bu sərgi qalereyanı improvizə edilmiş caz konsertinin mizan səhnəsinə çevirəcək 13 böyük formatlı abstrakt rəsm əsərindən ibarətdir. Sərgi 2022-ci il XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilir. Ramina Səadətxan öz rəsm əsərlərində birbaşa, maneəsiz və sərbəst gücü cəmləşdirir. Ramina cazın ruhunu dərindən hiss edir və kompozisiyalarını ölçülərin, müxtəlif səthlərin və rənglərin ziddiyyətli vəhdəti əsasında yaradır. O, sanki caz musiqisindəki melodiyalar, ritmlər və formalar kimi rəngləri, sıçrayışları və cizgiləri ərsəyə gətirir. Onun kompozisiyalarının “alovlanması, sıçrayışı və çılğınlığı” caz musiqisinin sərhədsiz, coşqun keyfiyyətləri ilə vəhdət təşkil edir. Onun abstrakt rəsmləri rənglərin kortəbii jestlərlə bütünləşməsi ilə fərqlənir. Bu, musiqinin göründüyü və rənglərin səsləndiyi rəqs edən rənglər aləmidir. Sərginin adının “Rəqs Edən Caz” olmasının səbəbi nümayiş etdirilən bütün rəsmlərin valehedici cazın sədaları altında canlanmasıdır. “Rəqs Edən Caz” rəssamın musiqiyə dərin sevgisini və ən saf duyğularla dolu musiqi ilə incəsənətin təntənəsini əks etdirir. Ramina hər bir əsərində fikirlərini mərhələli şəkildə çatdırmaq üçün şəxsi meyillərini üstələyən müasir maraqları, həvəsləri və arzularını birləşdirir. Ramina Səadətxanın duyğusal musiqi təcrübəsini və şərhlərini kətan üzərində çatdırdığı dünyasına xoş gəlmisiniz. Hər bir rəsm musiqinin ilhamlandırdığı təsəvvürləri, duyğuları və xatirələri əks etdirir. “Rəqs Edən Caz” sərgisi 17- 25 sentyabr 2022-ci il tarixlərində davam edti.