Qalereya

Mənim dənizlərim mənim okeanlarım

Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında Daimi Nümayəndəliyi Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) ilə birgə “Mənim dənizlərim mənim okeanlarım” (My Seas My Oceans) sərgisini elan etməkdən məmnunluq duyur. Sərgi 14-30 iyun 2022-ci il tarixləri aralığında Palais des Nations, Mezzanine, E Building-də keçiriləcək. Doqquz müasir Azərbaycan rəssamının əsərlərindən ibarət füsunkar sərgini təqdim edən kuratorlar Emin Məmmədov və Viktoriya Dzodziev gələcək nəsillər üçün dünyanın ağciyərləri olan su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayır, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyini xatırladırlar. Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorların, vətəndaş cəmiyyətinin və vətəndaşların tərəfdaşlığı Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir. Sağlam ətraf-mühitin mühafizəsində və davamlı inkişafın təmin edilməsində qlobal birliyin üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, İncəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və növlərin nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, davamlı inkişafın ekoloji ölçüləri haqqında maarifləndirmə imkanlarının təşviq edilməsi vardır. Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Cavid İlham, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova öz yaradıcılıqlarını və əsərlərində verdikləri mesajları bu kimi problemlərə yönəltməklə, insanların bu mözvular barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, beləliklə də Qlobal Məqsədlərin qarşıya qoyduğu problemlərin həllinə dair töhfə verir.