Qalereya

Parisdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi

2012-ci il aprelin 11-də Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə Parisin məşhur Salomon de Rotşild malikanəsində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran iştirak ediblər. Sərgidə Azərbaycanın 21 tanınmış və gənc rəssamlarının boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında 100-dən çox əsəri təqdim olunub. Sərgi aprelin 11-dən 21-dək davam edib. Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.