Rəssamlarımız

Eliar Alimirzəyev

Rəssam

Azərbaycan Respublikasının Əməkdar Rəssamı 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur 1977-1981 Əzim Əzimzadə adına Bakı İncəsənət Məktəbini bitirib. 1988- ci ildən SSRİ Rəssamlar İttifaqanın üzvüdür 1988- ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür 1990-1991- ci illərdə SSRİ Rəssamlar İttifaqının stipendiatıdır 2000-ci ildən ekskliüziv olaraq "QGallery" rəsm qalereyası ilə işləyir

Eliyarın əsərləri yuxu kimi paradoksaldır, onun gözlənilməz, ehtiraslı, solğun, qəmgin boyalarının rəngərəngliyinə həm də bir qədər melanxoliya qatılır.

Sərgilər: 1986 - Azərbaycanın Gənc Rəssamları, Əlcəzair, Bakı, Azərbaycan. 1988 - “Müasir Azərbaycan İncəsənəti” , Rəssamlar İttifaqanın sərgi zalı, Moskva, Rusiya. 1989 - Ümumittifaq Rəngkarlıq Sərgisi, Rəssamlar İttifaqanın sərgi zalı, Moskva, Rusiya. 1990 - Avanqard sərgisi, Krakov, Polşa. 1990 - "Rəngkarlıq", Pekin, Çin. 1990 - "Sovet İncəsənəti", Seul, Cənub Koreya. 1991 - "Gənc Rəssamların sərgisi", "İnselştrasse-13" qalereyası, Berlin, Almaniya. 1991 - "7+7" sərgisi, İncəsənət muzeyi, Odens, Danimarka. 1991 - Avanqard sərgisi, Şarlottenborq sərgi zalı,Kopenhagen, Danimarka. 1991 - "Azərbaycanın Müasir Rəssamları", İncəsənət muzeyi, Kiyev, Ukrayna. 1991 - "Yeni Dairə" sərgisi, Martin Lüter Kinqin adına kitabxanası, Vaşinqton, ABŞ. 1994 - Art-şou, Bakı – Kiyev - Odens. 1996 - Fərdi sərgi, Baki incəsənət mərkəzi, Bakı, Azərbaycan. 1996 - "Azərbaycanın Müasir Rəssamları", Vəcihə Səmədova adına Azərbaycan Rəssamlar İttifaqanın sərgi zalı, Bakı. 1998 - "Ümumdünya Bankı", Vaşinqton, ABŞ. 1999 - "Avrasiya zonası", Manej'99, Moskva, Rusiya. 2001 - Fərdi sərgi, Timor, Dili. 2001 - Fərdi sərgi, QGallery, Bakı, Azərbaycan. 2003 - Beynəlxalq sərgi "Grands et jeunes", "Gran-Pri" mükafatı, Paris, Fransa. 2003 - Beynəlxalq miniatür sərgisi, 1-ci yer, Belqrad, Serbiya. 2004 - Beynəlxalq sərgi "Grands et jeunes", "Gran-Pri" mükafatı, Paris, Fransa. 2004 - Azərbaycanın Müasir Rəssamları, Vaşinqton, ABŞ 2005 - "Homme et Femme" expositions d'art visuel, Bakı, Azərbaycan. 2006 - Azərbaycan Respublikasının Əməkdar Rəssamı 2011 - "İncəsənətin xəzinələri" fərdi sərgi, Van Cleef & Arpels, Müasir İncəsənət muzeyi, Bakı, Azərbaycan. 2011 - “Harmony” Azərbaycan rəssamlarının Sərgisi, YEOSAMI mədəniyyət mərkəzi, Seul, Cənubi Koreya 2012-2013 - “Fly to Baku. Contemporary art from Azerbaijan” Almaniya, İtaliya, Avstriya, Rusiya, Fransa, Böyük Britaniya. 2014 - Fərdi sərgi, Mejev, Fransa 2015 – “Quş üçün vizası” fərdi sərgi, QGallery, Bakı, Azərbaycan 2015 - “Quş üçün vizası” fərdi sərgi, TBC bank, Tiflis, Gürcüstan Əsərləri nümayış etdirilir: Muzeylər və qalereyalar: Rusiya Dövlət Tretyakov Qalereyası, Odens İncəsənət Muzeyi, Danimarka, Rusiya Rəssamlar İttifaqı, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Muzey Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi, “Albertino” Muzeyi, Vyana, Avstriya, QGallery Berlin, Almaniya Şəxsi kolleksiyalar: Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Avstraliya, BƏƏ, Böyük Britanita, Fransa, Danimarka, Rusiya, İtaliya, İsveç, Cənub Koreya.

Eliar Alimirzəyev - Rəsmlər

Onun əsərlərində formalar və xətlər sanki dumanda solurlar. Onun yaratdığı simvollar arasındaki gizli əlaqələri təsvir etməyə tələsməyinə dəyməz. Onlar dərhal nəzərə çarpmırlar. Əsərlərin arasında çoxlu portret, tematik kompozisiyalar və natürmortlar var.