Heykəltəraşlarımız

Akif İzatulla oğlu Əsgərov

Heykəltəraş

1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Əməkdar incəsənət xadimi Azərbaycan Xalq Rəssamı Rəssamlar Akademiyasında Professor Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü 1958-1963 - Ə.Əzimzadə adına Rəssamlıq məktəbi 1963-1969 - Leninqrad indiki Sankt-Peterburq şəhərində M.K.Anukişinin emalatxanasında təhsil 1970-1972 - SSRİ Rəssamlar İttifaqı, üzv 1978 - “Su içərkən”, Rəssamlı

Akif İzzətulla oğlu Əsgərov çağdaş Azərbaycan heykəltəraşlığının inkişafında mühüm rol oynayan sənətkarlardandır.

q Akademiyasının diplomu 1986 - “Rəfiqələr”, “Biennalle” Zaqafqaziya Respublikaları sərgisi, qızıl medal 1986 - “Balerina” 1989 - “Mənim qızım”, Volqoqrad İncəsənət muzeyində saxlanılır. 1989 - H.Cavidin heykəli, Tretyakov qalereyası 1992 - “Oturan qız”, “İlin yaxşı işi” adına layiq görülmüşdür 1994 - “Xalça üzərində qız”, Tehran - Azərbaycan sərgisi 1994 - “Oğlan uşaqları xalça üstündə”, Fransa-Azərbaycan sərgisi 1998 - Akademik Yusif Məmmədəliyevin memorial abidəsi, Bakı, Azərbaycan 2000 - Nizami Gəncəvinin büstü, Kişinyov, Moldova 2002 - Əli Mərdan bəy Topçubaşovun qəbirüstü abidəsi, Paris, Fransa 2002 - Mehdi Hüseynzadənin qəbirüstü abidəsi, Lyüblyana, Sloveniya 2009 - H.Əliyevin büstü, Milli Məclis, Bakı, Azərbaycan 2010 - “Əliağa Vahid” S.Məmmədovla birgə, Masazır qəsəbəsi, Bakı, Azərbaycan 2010 - “Mehdi Hüseynzadə”nin heykəlini S.Məmmədovla birgə, Novxanı kəndi, Bakı, Azərbaycan 2010 - “Frides Podmaninskinin xatirə lövhəsini” S.Məmmədovla birgə, Budapeşt, Macarıstan 2011 - “Xocalı abidəsi” barelyef kompozisiya, S.Məmmədov, Əli İbadullayevlə birgə, Berlin, Almaniya 2012 - musiqimizin görkəmli siması “Bül-Bül” abidəsi, Bakı, Azərbaycan 2015 - “Nizami Gəncəvi və Xəmsə” heykəl kompozisiyası, İsgəndəriyyə kitabxanasında portal hissədə icra edilmişdir, Misir Akif Əsgərov Xaçmazda muzey binasının eksteryerində 28 heykəl kompozisiyasını yaratmışdır. Astronom - Nəsirəddin Tusi əlində qlobusu ilə, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, H.Cavid, S.S.Axundov, Qara Qarayev, Üzeyir Hacıbəyov, Muğam üçlüyü - Xan Şuşinski, Qurban Pirimov və Habil Əliyev və başqalarının heykəllərini poliesterdən yaratmışdır. N.Tusinin simasında onun müdrikliyi, M.Füzuli, Məhsəti və H.Cavidin poetik təfəkkürü öz əksini tapmışdır. O bir sıra xarici ölkələrdə sərgilərdə iştirak etmişdir. Akif Əsgərovun əsərləri Bakının, Moskvanın və bir sıra xarici ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatına layiq görülən Əməkdar incəsənət xadimi, professor Akif Əsgərov Azərbaycan Rəssamlıq Akademiyasında gənc heykəltəraşlara bu sənətin sirlərini öyrədir. Pedaqoji fəaliyyəti dövründə Akif Əsgərov bir neçə diplom işlərinin rəhbəri olmuşdur.