Qalereya

Xalq Bank "Xalq Əmanəti" - sosial-mədəni layihəsi Böyükağa Mirzəzadə (1921-2007)

“Xalq Əmanəti” seriyasının ilk buraxılışı görkəmli rəngkar, Xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordeni kavaleri professor Böyükağa Mirzəzadənin (1921-2007) həyat və yaradıcılığına həsr olunub. XX əsr Azərbaycan mədəniyyətinin ən parlaq nümayəndələrindən biri, klassik Azərbaycan rəngkarlıq məktəbinin yaradılmasında müstəsna rolu olan sənətkarın rəngkarlıq, qrafika və digər janrlarda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizin Qızıl Fonduna daxil olub. B. Mirzəzadənin əsərləri Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır.