Qalereya

Müasir incəsənətin zövqü. Kəhrəba sapların ehtizazı. İveta Vesenanenin sərgisi 22.06. – 06.07.2019

Tədbir QGallery qalereyasında Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq şəraitində mədəniyyətlərarası dialoq və müxtəliflik dəyərlərini təbliğ etmək məqsədilə keçiriləcəkdir. İveta Vesenane 1962-ci il 24 sentyabr tarixində Latviyanın Riqa şəhərində anadan olub. 1988-ci ildə o, toxuculuq sənəti ixtisası üzrə Latviya İncəsənət Akademiyasını bitirib. 2005-ci ildə eyni fakültənin magistr dərəcəsini alıb. Valehedici həqiqiliyə malik rəssam olmaqla yanaşı, İveta həm də çox pozitiv bir insandır: o, məşhur jurnallar üçün məqalələr yazır, kitab illüstrasiyaları ilə və uşaq kitablarının müəllifi kimi işləyir və bir çox digər məşğuliyyətlər ilə məşğul olur. 1996-cı ildən Latviya Toxuculuq Rəssamları Birliyinin üzvüdür. İveta uşaqlıqdan təbiətə yaxınlıq hiss etmişdir. Onun bədii fəaliyyətinin əsas xətti qobelen toxuculuğudur. O, böyük miqyaslı əsərlər yaratmaqdan zövq alır. Öz əsərlərini rəng kontrastı prinsipi əsasında formalaşdırır. Onun yaradıcılığının əsas mövzusu olan suzanbağı təbiətin üç elementini – torpaq, su və havanı təcəssüm etdirən bir çiçəkdir. Onun toxuculuq sənəti qobelenlər, ipək üzərində şəkillər və dekorativ bijuteriyadan ibarətdir. Rəssamın qobelenlərinə bu yaxınlarda kəhrəba saplardan ibarət yenilik peyda olmuşdur. Kəhrəba sapları hekayəsi 2006-cı ildə, Latviyalı alim, Riqa Texniki Universitetinin Biomaterial və Bioomexanika İnstitutunun böyük elmi işçisi İnqa Laşenkonun Qahirədə qədim Misirdə kəhrəbanın istifadəsinə dair bir məqalə aşkar etməsi ilə başlamışdır: “Qədim Misirdə qan kəhrəba qablarda saxlanılırdı və istifadə olunan material onun laxtalanmaması üçün zəmin yaradırdı”. Kəhrəba sapı təmizlənmiş kəhrəba tozunu poliamid sap ilə inteqrasiya etməklə əldə edilir. Beləliklə, İveta Vesenane tarixdə ilk sənətkardır ki, əsərlərində kəhrəba sapından istifadə etsin. 1986-cı ildən rəssam sərgilərdə iştirak edib. Rəssamın fərdi sərgiləri Latviya, Estoniya, Litva, Çexiya, Finlandiya, Rusiya, ABŞ, Almaniya, Lüksemburq, İtaliya, Ukrayna, Azərbaycan və digər ölkələrdə keçirilmişdir. Rəssamın əsərlərini Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalarında və İsveçin Eskilstuna şəhərinin muzeylərində, habelə Baltikyanı ölkələrin özəl obyektlərində görmək olar. Qobelen sənəti çox güclü və əfsanəvi tarixə malikdir. Bununla belə,rəssam müasir qobelen sənətinin zövqünü, onun dünyadakı və insanların həyatındakı yeri çatdırmağa çalışır. Sərgidə Latviyalı sənətkar İveta Vesenane klassik üslubda qobelenlərini təqdim edəcəkdir. Rəssam 17 əsər nümayiş etdirəcəkdir. Onların arasında kəhrəba saplardan hazırlanmış qobelenlər, eləcə də əvvəllərgöstərilməmiş əsərlər mövcuddur. Sərgi Latviya Respublikasının elan edilməsinin 100 illik yubileyinə həsr olunmuşdur.