Qalereya

“Su Yolu”

“Unutma, bədəninin yarısı sudan ibarətdir. Əgər maneəni keçə bilmirsinizsə, onun ətrafından keçin, su da eynilə belə edir” Marqaret Atvud Bir qrup şəxsləri yalnız bir kateqoriyaya daxil etmək olmaz. Belə şəxslərdən biri də Əflatun İsrailovdur. O, uğurlu və peşəkar döyüş sənətçisi, özünəməxsus dərin fəlsəfəsi olan təcrübəli, öz üzərində çalışan və daim başqalarına ilham verən rəssamdır. Əflatun yaradıcılıq karyerasına başlamazdan əvvəl yerli məktəblərdə ciu-citsu və karatedən dərs demiş və onun Azərbaycanın hər yerindən çoxlu gənc tələbələri olmuşdur. Əflatunun rəssamlıq təcrübəsi tamamilə intuitivdir və rəssam heç vaxt akademik rəssamlıq təhsili almayıb. Onun əsərləri “qayadalara” deyil, dünyagörüşünə, hisslərə, bilavasitə qavrayış təcrübəsinə, ekzistensial və estetik təcrübələrin bir-birinə incə şəkildə bağlandığı bənzərsiz bir sənətkar baxışına əsaslanır. Xəzər dənizinin gözəlliyindən və Qafqazın dağ çaylarından ilhamlanaraq o, Döyüş Sənətinin yeni üslubunu - azərbaycan dilindən "Su Yolu" kimi tərcümə olunan "Water Way"ı işləyib hazırladı və patentləşdirdi. Bu üslubda bədən hərəkətlərinin su elementinə bənzədilməsi ideyasına əsaslanan Əflatun insan təcrübəsində cismin və ruhun ifadəsi üçün metafora kimi real rəssamlığın plastik imkanlarını araşdırır. Dalğaların hərəkəti, günəşin doğuşu və batışı sanki ötüb keçən insan ömrünü xatırladır. Yaradan öz yaratdıqlarını qoruduğu kimi günəş dalğaları işıqlandırır, üfüqdə isə çətin təcrübələr və iztirab əlamətləri kimi buludlar peyda olur. Peşəkar dəniz və təbiət mənzərəsi rəssamı Əflatun İsrailov insandakı ilahi təbiəti üzə çıxarmağa çalışır; insan böyük dünyanın kiçik bir parçası və qlobal ritmlər vasitəsilə öz mənəvi yolunu dərk etməyə çalışan varlıqdır. Əflatun üçün döyüş sənəti və bədii təcrübələr, düşüncələrin, hərəkətlərin mənəvi yolun axtarışına və təqibinə yönəldiyi bir zəncirin halqalarıdır. Su güc və ziddiyət tətbiq etmədən problemin həllini tapır və bizə ətraf mühitə qarşı deyil, onunla harmoniyada işləməyi öyrədir. Su rəssamın həyat və yaradıcılığında əsas element kimi insan ruhunun təbiətini təcəssüm etdirir. Belə bir ruh ziddiyyət və təzad deyil, təbiətin bütün amilləri ilə harmoniya və qarşılıqlı əlaqəni seçir. Bakıda fəaliyyət göstərən QGallery (“Qız Qalası”) rəsm qalereyası şəhər sakinlərini və qonaqlarını Əflatun İsrailovun “Su Yolu” adlı fərdi sərgisini ziyarət etməyə və onun ruhlandırıcı rəsmlərindən həzz almağa dəvət edmişdi. Sərgidə 40-dan çox dəniz mənzərəsi nümayiş etdirildi. Sərgi 2023-cü il fevralın 22-dən 25-dək davam edirdi.