Qalereya

III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi 2014

2014-cü il mayın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələrinin təqdim olunduğu sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların əl işləri nümayiş etdirilib.