“Qız qalası” Beynəlxalq incəsənət festival 2010


2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədi ilə 2010-cu ildən etibarən “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir. Bu unikal işlər dünyanın fərqli şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, QGallery və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu ildə keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam, 2011-ci ildə keçirilən ikinci festivalda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib.

Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.