"Rəngkarlıq və qrafik əsərlərində Azərbaycandan ilhamlanan" Britaniya rəssamı Edvard Tvohiqin sərgisi


Edvard Tvohiq – qravüra, rəsm və rəngkarlıq əsərlərinin yaradılması sahəsində ixtisaslaşan məşhur Britaniya rəssamıdır. Böyük Britaniyada yaşayıb-yaradan, Britaniya Kral qrafik-rəssamlar cəmiyyətinin üzvü olan sənətkar eyni zamanda İngiltərənin Uiltşir şəhərində Мальборо kollecinin rəssamlıq fakültəsinin dekanı vəzifəsində çalışır. Azərbaycanın vurğunu olan Edvard Tvohiqin artıq burada iki fərdi sərgisi keçirilib. Onlardan "Bakı, Qədim şəhərin 100 mənzərəsi" adlanan birinci sərgi 2017-ci ildə Azərbaycan Milli İncəsənət muzeyində, "İşərişəhər mövsüm çalarlarında" adlanan ikinci sərgi isə 2018-ci ilin iyul ayında İşərişəhərdə Arxeologiya və etnologiya muzeyində keçirildi. Azərbaycandan ilhamlanan rəssamın əsərləri Britaniya muzeyinin daimi kolleksiyanda, Azərbaycanın Londondakı səfirliyində və bir çox rəsm qalereyalarında saxlanır. 2019-cu il aprelin 2-də "Qız Qalası" qalereyasında açılan "Rəngkarlıq və qrafik əsərlərində Azərbaycandan ilhamlanan" sərgi rəssamın Azərbaycan ərazilərinin təbiətinin bütün mövsümlərdə gözəlliyinə, cizgi və boyalarının ahənginə məftunluğunu üzə çıxarır. Sərgidə, o cümlədən, Tvohiqin Quzey Azərbaycanın Qəbələ, Göyçay, Oğuz, Qax, Şəki, Şamaxı və Qobustana səfərlərindən, habelə İşərişəhərin onu ruhlandıran memarlıq fraqmentlərindən yeddi il ərzində aldığı təəssüratları altında yaratdığı əsərləri nümayiş olunur. Bugünkü sərgi rəssamın Azərbaycana üçüncü səfəridir.

"Bu əsərlərin cəsarətliliyi yalnız Edvard Tvohiqin Azərbaycan mədəniyyətinə və landşaftına sevgi və ehtirası sayəsində əmələ gəlir". Rəyçi Cess Riv