IV Beynəlxalq heykəltəraşlıq simpoziumu "Daşın nəğməsi” 2019


Bakıda "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir. Hazırda Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır. Qeyd edək ki, sentyabrın 30-da Heydər Əliyev Fondunun təşkil etdiyi Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək.

Budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.