Rəssamlarımız

Anar Hüseynzadə

Rəssam

04.04.1981 tarixində Bakı şəhərin Əmircan kəndində anadan olmuşdur. İlk rəssamlıq təhsilini Yuriy Qaqarin adına uşaq yaradıcılıq mərkəzində almışdır. Bu illər ərzində bir neçə dəfə Suraxanı rayon mədəniyət mərkəzlərində fərdi sərgiləri keçirilmişdir.1995-ci ildə isə Azərbaycan Dövlət İncəsənət Gimnaziyasının şagirdi olmuşdur. 1995-ci ildə Ə.Əzimzadə adına rəssamlıq texnikumuna daxil olmuş,1999-c

Gənc boyakar Anar Hüseynzadə rəssamlar arasında özünəməxsus dəst-xətti ilə seçilir.

i ildə isə bitirmişdir. Anar Hüseynzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına 199-ci ildə daxil olmuşdur. 2003-ci ildə А.D.R.А-nın bakalavr pilləsini bitirmiş və həmən ildə magistr pilləsinə qəbul olmuşdur. 2005- ci ildə qırmızı diplom ilə bitirmişdir. 2006 ARI-Gənc Rəssamlar Birliyinin üzvü. SƏRGILƏR: 2003-2007 Gənc Rəssamlar sərgiləri / Bakı, Azərbaycan 2005 «Bahar» sərgisi / S.Bəhlulzadə adına sərgi salonu / Bakı, Azərbaycan 2005 «Natürmort» sərgisi / «NEW gallery» salonu / Bakı, Azərbaycan 2006 «Bayramdan-Bayrama» sərgisi / V.Səmədova adına sərgi salonu / İran İR Səfirliyi Mədəniyyət Mərkəzi və ARI / Bakı, Azərbaycan 2007 Qız Qalası Qalereyası. Almaniya Federativ Respublikası Səfirliyi. “Almaniya bir rəssamın gözüylə: qara, qırmızı, qızılı rənglərdə” müsabiqəsi. 2007 «Novruz» sərgisi / Bakı Qalereyası / Bakı, Azərbaycan 2007 «Məhəbbət göy qurşağı» sərgisi / Musey Mərkəzi / Bakı, Azərbaycan 2008 Azərbaycan rəssamları sərgisi / Bakı Berlin qalereyası / Berlin, Almaniya 2008 «Payız» sərgisi / Musey Mərkəzi / Bakı, Azərbaycan 2008 «Dostluq» qrup sərgisi / «Xəzri» qalereyası / Bakı, Azərbaycan 2009 «XII» qrup sərgisi / Müasir İncəsənət mərkəzi / Bakı, Azərbaycan 2009 XII rəssamlar buluşması. Təşkilatçı – Türksoy / Samsun-Amasiya, Türkiyə 2009 «CULTURESCAPES Aserbaidschan» Festivalı / Basel, İsveçrə Əsərləri qalereya, Azərbaycanın və xarici olkələrin şəxsi kolleksiyalarında saxlanılır. 2016 «XII» qrup sərgisi / Müasir İncəsənət Muzeyi / Bakı, Azərbaycan Əsərləri Azərbaycan və bir sıra digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır

Anar Hüseynzadə - Rəsmlər

Sənətşünaslar onun rəng seçimini, ifadə vasitələrini sənətdə yeni ab-hava kimi dəyərləndirirlər.