Rəssamlarımız

Eldar Qurbanov

Rəssam

Eldar Qurbanov 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur 1969-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitmişdir. 1981-1986-ci illərdə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsində təhsil almışdır. 1987-ci ildə ilk fərdi sərgisi keçirilmişdir. 1979-cu ildən SSSRİ Rəssamların İttifaqının üzvü. 2002–ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına lay

Eldar Qurbanov Azərbaycan sənət səhnəsi içərisində primitivizm üslubunu təmsil edən azsaylı sənətkarlardan biridir.

ıq görülüb. Eldar Qurban Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Eldar Qurban Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədinxatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Rəssamın ilk böyük fərdi sərgisi 1995-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda təşkil olunmuşdu. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında “Dədə Qorqud” tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında “Elektra” üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər – "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır. Onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda"Ramko" İncəsənət mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır. 1987-ci ildə ilk fərdi sərgisi keçirilmişdir. Çoxsaylı yerli və beynəlxalq sərgilərin iştirakçısıdır: 1988- “Azərbaycan mahnıları” qrup sərgisi, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya 1990- Azərbaycan rəssamların qrup sərgisi, Hyuston, ABŞ 1992- Fərdi sərgi, Bəstəkarlar evi, Moskva, Rusiya 1995- Fərdi yaradıcılıq sərgisi, S. Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan 1996- Fərdi sərgi, Bakı İncəsənət Mərkəzi, Bakı, Azərbaycan 1997- Fərdi sərgi, “Madam Raap” qalereyası, Berlin, Almaniya 1998- Fərdi miniatür sərgisi, Bakı Miniatür Mərkəzi, Bakı, Azərbaycan 2001- Fərdi sərgi, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya 2008- Fərdi sərgi, Bakı Muzey Mərkəzi, Bakı, Azərbaycan 2009- “Bir Dünya İki Qütb” fərdi layihə, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya 2009- Fərdi sərgi, “Mart” qalereyası, Sankt Peterburq, Rusiya 2009- “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir 2011- “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının qrup sərgisi, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya 2012- Dünya Rəssamlıq Akademiyasının Bakı filialı üzvlərinin sərgisi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2013- Fərdi yubiley sərgisi, Bakı Muzey Mərkəzi, Bakı, Azərbaycan 2014- “Nuda Veritas” qrup sərgisi, Bakı Muzey Mərkəzi, Bakı, Azərbaycan 2015- “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının Beynəlxalq qrup sərgisi, Bakı, Azərbaycan 2018- qrup sərgisi, Yay qalereyası, Bakı, Azərbaycan 2019- “Amore Mio” fərdi sərgi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan