Heykəltəraşlarımız

Ömər Eldarov

Heykəltəraş

1927 – ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur Ömər Həsən oğlu Eldarov — məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru. Əməkdar incəsənət xadimi, Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Rəssamlıq Akademiyasının və dünyanın bir çox n

üfuzlu Rəssamlıq Akademiyalarının həqiqi üzvü, akademik Ömər Eldarov. 1942-1945-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsində, 1945-1951-ci illərdə Leninqraddakı İ.Repin adına Rənqkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. Bu akademiyada o, A.T.Matveyev, M.A.Kerzin, V.B.Pinçuk kimi böyük ustadların tələbəsi olub. Ömər Eldarov 19 yaşında bu günə qədər müxtəlif sərgi və müsabiqələrin fəal iştirakçısıdır. O, milli heykəltəraşlığımızın şedevrlər qalereyasını yaratmışdır. Bu əsərlər sırasına Natəvanın (1960), Məhəmməd Füzulinin (Tokay Məmmədovla birgə, 1962), Hüseyn Cavidin (1993) heykəllərini, İbn Sinanın (1980), drijor Niyazinin (1984), Mahatma Qandinin (1987), Rabindranat Taqorun (1987) portretlərini, Prezident Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyeva, Müslim Maqomayev, Şıxəli Qurbanov, Rəşid Behbudov, Tofiq Quliyev, Səttar Bəhlulzadə, Süleyman Rəhimov, Ziya Bünyadov və bir çox tanınmış şəxsiyyətlərin, elm və sənət adamlarının heykəl və büstlərini aid etmək olar. Sənətkarın yaratdığı heykəllər təkcə ölkəmizdə deyil, dünyanın bir çoxölkələrində Azərbaycan incəsənətini təmsil edir. Ömər Eldarovun Üzeyir Hacıbəyovun, Vyanadakı Dunay-parkda ucaltdığı büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan “Parçalanmış vətən”, Düşənbə şəhərində ucaldılan İbn Sina və Sədrəddin Ayninin, Ukraynada, Sapun dağda 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidələrini misal göstərmək olar. Sədrəddin Ayninin heykəlinə görə Ömər Eldarov SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Türkiyədə ustad sənətkarın yaratdığı Ümummili lider Heydər Əliyevin möhtəşəm abidəsi Qars şəhərində, İhsan Doğramacının heykəli Bikənddə ucalır. Bu əsərlərin xarici ölkələrdə qazandığı uğur Ömər Eldarovun sənətinin milliliklə yanaşı, bəşəriliyidir. Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olmuşdur.Bakı Sovetinin (1969-1973) və müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2000) seçilən Ömər Eldarov öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. 40 ildən artıqdır ki, akademik Ömər Eldarov təsviri sənət sahəsində yüksək ixtisaslı milli kadrların yetişməsi ilə də məşğuldur. Müxtəlif illərdə İncəsənət İnstitutunun rəssamlıq fakültəsində dərs deyib. 1970-ci ildən SSRİ Rəssamlıq Akademiyasının Bakıdakı Yaradıcılıq Emalatxanasına rəhbərlik edib. Rektoru olmaqla yanaşı Akademiyadakı “Monumental heykəltəraşlıq” frdi emalatxanasına rəhbərlik edən ustad öz bilik və təcrübəsini gənc heykəltəraşlarla bölərək Ömər Eldarov heykəltəraşlıq məktəbini yaradır. Təcrübəli pedaqoq kimi tələbə və magistrların təkcə professional bacarıq və vərdişlərə deyil, eybi zamanda humanitar biliklərə yiyələnməsinə xüsusi diqqət verir. Bir professional olaraq onun əqidəsini “istedadlı rəssam mütləq yüksək savada və erudisiyaya malik olmalıdır” devizi təşkil edir və rektor kimi bu sahədə əlindən gələni əsirgəmir. Mədəniyyət və incəsənətin inkişafındakı əvəzsiz xidmətlərinə görə Ömər Eldarov bir çox dövlət mükafatlarına, orden, medal və fəxri adlara layiq görülüb. Ustad sənətkar SSRİ Dövlət Mükafatı (1980), Azərbaycan SSR Dövlət Mükafatı (1980), “Şərəf nişanı” (1980), “Qırmızı Əmək Bayrağı” (1980) ordenləri, SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı (1962), “Dostosnıy” (“Layiqli”, 2002), “Akademiyanın 250 illiyi şərəfinə Akademiya qarşısında xidmətlərinə görə” medallar ilə təltif edilib. Ömər Eldarov müstəqil Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” (1997), “Şöhrət” (2002) ordenlərinə layiq görülüb. Görkəmli heykəltəraş 2012-ci ilin dekabr ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir.