Qalereya

“Qız qalası” III Beynəlxalq incəsənət festivalı 2012

2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi “Qız qalası” III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə ilk dəfə olaraq IDEA ekoloji kampaniyası çərçivəsində ceyran maketləri hazırlanmışdır. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilmişdir. Festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi oldu. Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılmışdır.