Qalereya

Live Life (Canlı Həyat)

10 fevral 2017-cı il tarixində Berlində Galerie Berlin Baku qalereyasında IDEA İctimai Birliyinin təşəbbüsü ilə Canlı Həyat sərgisi açılıb. Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurovun, Nailə Sultanın, Ayləl Heydərovanın, Məryəm Ələkbərlinin, Ləman Həsənovanın, Timur Özdəmirovun əsərləri təqdim olunub. Həmçinin sərgidə alman rəssamlarının – Piter Lindenberq, Sabina Burmester və Sandra Hoynun əsərləri nümayiş etdirilib.