Qalereya

“İntibahını yaşayan memarlıqı”

Unikal 3D-mapping təqdimat–Almaniya səfirliyi ilə “QGallery”nin birgə layihəsi Bakıdakı “Fantaziya” hamamının divarlarında təqdim olunub. 21 iyul 2022-ci ildə Bakıdakı “Fantaziya” hamanının divarlarında orijinal 3D-mapping-in təqdimatı keçirilib. Almaniyanın Azərbaycandakı səfirinin müavini cənab Hayko Şvarts təqdimatda vurğulayıb ki, Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 8 iyul 2021-ci il tarixində səfirlik “QGallery”, “QGallery Berlin” qalereyaları, “Qala Sığorta” ASC və “Qala Həyat” ASC ilə birlikdə “İntibahını yaşayan memarlıqı” rəqəmsal incəsənət müsabiqəsi elan edib. Cənab Hayko Şvarts qeyd edib ki, “İntibahını yaşayan memarlıqı” konsepsiyası özünəməxsus tarixə malik əlamətdar tikililəri, heyrətamiz binaları və gizli şəhər “xəzinələrini” əhatə edir”. Layihə 3D-mapping-ə-qeyri-məhdud bədii potensiala malik unikal audiovizual incəsənət texnologiyasına həsr olunub. Açıq səsvermə nəticəsində 30 finalçı arasında işlərində xüsusi kreativliyi ilə fərqlənən 2 nəfər qalib seçilib–Dövlət Rəssamlıq Akademiyasının məzunları “Fantaziya hamamı” əsəri ilə Yaqut Kəlbəliyeva, “Daş salnamə muzeyi” əsəri ilə Sevinc Quliyeva. “Fantaziya hamamı” layihəsinin texniki reallaşması “Digital Bohemia” şirkətinin iştirakı ilə həyata keçirilmişdir. Cənab Hayko öz çıxışında təşkilatçılara və sponsorlara, xüsusilə Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, “Azərxalça” ASC-nin sədri cənab Emin Məmmədova, “QGallery Baku” və “QGallery Berlin”in yaradıcısı və sahibi; Müşahidə Şurasının sədri cənab Kəmal İbrahimovaya və Müşahidə Şurasının sədr müavini cənab Aydın Rəhmanova “Qala Life” və “Qala İnsurance” şirkətlərinə dəstəklərinə görə, həmçinin Yasamal rayonu İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova layihədə iştirakına görə öz təşəkkürünü bildirib. “Fantaziya” hamamı 1886-cı ildə alman mənşəli mühəndis və memar Nikolay fon der Nonnenin layihəsi əsasında Bakıda inşa olunub. 2001-ci ilin avqust ayından etibarən “Fantaziya” hamamı yerli tarix və mədəniyyət əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Yaqut Kəlbəliyevanın layihəsində binanın tikildiyi vaxtdan müasir dövrümüzədək onun yerləşdiyi ərazidə həyatın necə davam etməsi, zamanın, insanların, atmosferin, dünyanın necə dəyişməsi, texnoloji tərəqqinin necə baş verməsi öz əksini tapıb. Bu, binanın tarixinə ekskursiya idi. Təqdimat şəhər sakinlərinin və qonaqların, o cümlədən ictimaiyyət, diplomatik missiya nümayəndələrinin və mədəniyyət xadimlərinin böyük marağına səbəb olub.