Qalereya

SİRLƏRİN AYNASI

Heydər Əliyev fondunun dəstəyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin, “İçərişəhər” Dövlət Tar-ix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və “Platforma Art”-ın təşkilatçılığı ilə “Qız Qalası” (QGallery) bədii qalereyası Anna İbrahimbəyovanın fərdi sərgisini təqdim edir. Anna İbrahimbəyovanın 2020–2022-ci illəri əhatə edən fotoları əvvəllər heç yerdə nümayiş olunmayıb. Sərgi çərçivəsində “Yağış”, “Əksolunma”, “Ağaclar”, “Qum”, “Kölgələr” və s. silsiləsindən 300-ə yaxın foto təqdim olunacaq. Anna İbrahimbəyovanın yaradıcılığı əksər parametrləri ilə konseptual foto nümunələridir və bu konsep-tuallığın əsas məqamlarından biri odur ki, müəllifin yaratdığı obrazlar ətraf aləmlə, özü ilə, əbədi və nəhayətsiz kainatla dialoqa girir. Bu dialoqun dili son dərəcə rəngarəngdir — burada ənənəvi yapon vizual qrafikası tərzindən tutmuş müasir fotoqrafiya formalarına qədər abstrakt və sürrealist kompozisiyalar əks olunur. Sanki Anna İbrahimbəyova öz fotoları ilə seyrçini yalnız özünün görə bildiyi “sirlərin dünyasına” maraqlı səyahətə dəvət edir. Sərginin “Sirlərin aynası” adlandırılması təsadüfi deyil. Burada orta əsrlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qətiyyətlə inandığı — dünyanın birliyini yalnız elm və sənət vasitəsilə dərk etmək olar. Kainatdakı qarşılıqlı əlaqələrin açarı burada gizlənir və məhz burada “çox bir olur, uyğunsu-zluqlar nizama düşür” metaforasından istifadə edilib. Kurator — Sabina Şıxlinskaya. ------------------------ Anna İbrahimbəyova artıq 20 ilə yaxındır ki, fotoqrafiya ilə məşğul olur. 2007-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində onun ilk fərdi sərgisi baş tutub. 2012-ci ildə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində növbəti sərgisi keçirilib. 2010-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2022-ci illərdə onun fotoları bədii təqvim formatında çap olunub. “Baku” və “Nargis” jurnallarında Anna İbrahimbəyovanın yaradıcılığı və fəaliyyəti haqqında materiallar dərc edilib. Hazırda Anna İbrahimbəyova Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə rəhbərlik edir.