Qalereya

Canlı Həyat sərgisi, London, may 25 - İyun 26, 2016

25 may 2016-cı il tarixində Londonda Soho Revue qalereyasında IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə Canlı Həyat sərgisi açılıb. Sərginin məqsədi ekologiya, təbiətin mühafizəsi problemlərinə diqqəti cəlb etmək və incəsənətin bu sahədəki rolu barədə ictimaiyyətin maarifləndirilməsidir. Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurovun, Nailə Sultanın, Aylel Heydərovanın, Yulian Melçiorinin, Məryəm Ələkbərlinin, Ləman Həsənovun, Nok Kuralun, Timur Özdəmirovun və fotoqraf Theo Alofsun əsərləri təqdim olunub.