Qalereya

Bakıda “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi

2013-cü il dekabrın 27-də Bakıda Heydər Əliyev Mərkəzində “Baku” jurnalının və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub. “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edib.