Qalereya

III Beynəlxalq heykəltəraşlıq simpoziumu “Daşın nəğməsi” 2018

2018-ci il sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” III Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşan simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. İştirakçılar əsərlərini Qala qəsəbəsində açıq səma altında aqlay daşından yaradıblar.