Bax belə


“Bax belə“ – gənc və istedadlı rəssam Aydan Buniyatova ilk fərdi sərgisini bu cür adlandırıb. İşlərinin əsas mövzusu onu əhatə edən insanların portretləridir. Buna baxmayaraq, o, özünü portretçi adlandırmır. İşləri müasirlərinin mürəkkəb tale və xarakterlərinin ifadəsindən daha çox onun impulsiv və coşqun temperamentini əks etdirir. Rəssamın şəkillərinin döyünən ekspressiyasının sirri rəng, işıq və teksturanın qarışığındadır. Aydan geniş ümumiləşmiş müstəviləri asan və sərbəst yapan kiçik və inamlı cizgilərlə portret etüdunun kompozisiyasını ifadəli şəkildə həll etməklə, nəinki formanı inandırıcı şəkildə çıxarmağı bacarır, həm də müxtəlif adamların daxili aləmlərini kəskin surətdə açır. Parlaq rəng ahənginin, pop-art qəsdliyinin və fotoşəkil qədər tam oxşarlığın seçimində o, cəsur və inadcıldır, modellərinin psixoloji incəliklərinin və çalarlarının açılması problemləri onu az maraqlandırır. Aydan daha çox öz estetik normalarını yürüdən və özünün də bir hissəsi olduğu stritart, mass-mediya mədəniyyətinin incəlikələrini verərək zamanının əlamətlərini tutmağı qarşısına məqsəd qoyur.

O, dünyaya özünün cəsur, bəzən kəskin və inkarsız, hərdən düşüncəli və iti baxışlı, diqqəti cəlb edən birmənalı nəzərlə baxmağı təklif edir.