Rəssamlarımız

Bəhruz Kəngərli

Rəssam

1990-ci ildə Bakı şəhərində anadan olmuşdur Azərbaycanın ən məşhur rəssam ailələrindən birində dünyaya göz açmış Bəhruz Kəngərli öz yaradıcı şəcərəsininin ənənəsini gənc rəssam kimi davam etdirir. Artıq gənc yaşlarından Bəhruzun yaradıcılığı öz təsdiqini tapıb – rəssam yeniyetmə yaşlarından əl işlərini sərgiləyir. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət İncəsənət A

Bir rəssam kimi, Bəhruzun üslubu ifadəli və emosionaldır. Bu üslub hərtərəfli rənglənmiş kətan üzərinə həkk olunan abstrakt formalarda sezilir.

kademiyasında təhsil alaraq Bəhruz Kəngərli incəsənət sahəsində magistr pilləsinə yiyələnib. O, əl işlərini artıq Bakıda və ölkə xaricində sərgiləyib – Türkiyə, Ukrayna, Rusiya, Almaniya və Bolqarıstan kimi ölkələrdə keçirilən tədbirlərdə iştirak edib. Bundan əlavə, 2009-cu ildə SOCAR-da (Azərbaycan Dövlət Neft Şirkəti) bir sıra fərdi sərgi təşkil edən rəssam, 2013-cü ildə Bakı Yaradıcılıq Mərkəzində, 2015-ci ilə “Kiçik Qala” İncəsənət Qalereyasında, 2017-ci ildə isə “Q Qalereya”da sərgilər reallaşdırıb. 2009-cu ildə Rəssamlar ittifaqının gənclər bölməsinin, 2017-ci ildə isə Rəssamlar ittifaqının əsas üzvü olub. Yaxın illərdə o, başqa gənc rəssamlarla birgə müxtəlif qrup sərgilərində iştirak edib. Ən son iştirak etdiyi tədbirlər arasında 2018-ci ildə Bakıdakı “Ağ Qalereya” və Müasir İncəsənət Mərkəzində baş tutan sərgiləri, həmçinin Naxçıvanda keçirilmiş Beynəlxalq İncəsənət Festivalını qeyd etmək olar. Əsas istiqamətinin rəssamlıq olmasına baxmayaraq, Bəhruzun 2018-ci ildə Azərbaycandakı Qala Rezervdə keçirilən “Tullantılardan İncəsənətə” adlı VII Beynəlxalq İncəsənət Festivalı kimi son layihələrində, yenidən emal edilmiş materiallardan istifadə edərək, instalyasiya incəsənəti çərçivəsində təcrübə aparması, onun estetik təcrübəsində yeni üfüqlər açmışdır. Bir rəssam kimi, Bəhruzun üslubu ifadəli və emosionaldır. Bu üslub hərtərəfli rənglənmiş kətan üzərinə həkk olunan abstrakt formalarda sezilir. Onun psixologiyadan ilham almasını, 2015-ci ildə Kiçik Qala İncəsənət Qaleyerasında həyata keçirdiyi “Face Control” adlı fərdi sərgisində görmək olar. Orada Bəhruz Kəngərli yadda saxlayaraq öz şüurunun süzgəcindən keçirdiyi təsvirlər üzərindən çəkdiyi bir çox portretləri təqdim edir. Nəticədə, onun öz hissləri, təsvir etdiyi insanların daxili dünyaları ilə qarışmış olur. İşlərindəki mücərrəd və kubist istinadlar isə, adətən gözümüzün görmədiyi, insan təcrübəsinin daha qaranlıq və mürəkkəb təcrübəsini əks etdirir. Bəhruz digər işlərində də təsvir etdiyi obyektlərin psixologiyasını araşdırır. 2017-ci ildə “QQalereyası”da keçirilən “Cazın ritmi” adlı fərdi şousu çərçivəsində rəssam caz musiqisinin improvizasiya ruhunu, dəlisov parlaq fırça yaxıqları ilə dolu kətan üzərinə həkk olunmuş musiqiçilər və alətlər təsvir edən portretlər seriyası ilə əks etdirməyə çalışır. Yeri gəlmişkən, təsvir etdiyi obyektlər öz növbəsində, incəsənətin musiqi tutumunu formaları və hərəkətləri ilə ifadə edir. 2018-ci ildə “Ağ Qalereya”da keçirilən “Başlanğıcdan sona” qrup sərgisində isə Bəhruz yumşaq, tutqun palitrada təsvir olunmuş konseptual insan portretləri təqdim edir. Yuxuyabənzər təsvirlər, sanki şüuraltının dərinliklərindən peyda olub, onların qıraqları isə lay-lay boya ilə oyulub. Bəhruz Kəngərlinin yaradıcılığı yaddaşın bu nöqtələrini və onun emosional aspektlərini araşdıraraq, keçmiş həyəcanlarımızın hansı intensivlikdə bugünkü reallığımızı süzgəcdən keçirdiyini əks etdirir. 2006 – 2009 – Əzim Əzimzadə adına İncəsənət texnikumu 2009 – 2013 – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2015 - 2017 – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Magistratura 2009 – Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar seksiyasının üzvü 2017 - Azərbaycan Rəssamlar İttifaqının üzvüdür SƏRGİLƏR: 2015 – “Face control” Fərdi sərgisi, KiçikQalart, Bakı, Azərbaycan 2015 – “Kofe rəngi” sərgisi, Muzey mərkəzi, Bakı, Azərbaycan 2015 – “ Yarat & Behance Online Portfolio review ”, Yarat, Bakı, Azərbaycan 2016 - “Xocalı”, H. Əliyev Mərkəzi, Bakı, Azərbaycan 2016 –“Azərbaycan Maldiv Adalar ilə Almaniyada rastlaşır”, GBB, Berlin, Almaniya 2016 - “Gözəllik Nuru”, Muzey mərkəzi, Bakı, Azərbaycan 2016 – “Təsviri sənət həftəsi”, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2017 – Gənc rəssamların qrup sərgisi, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2017 – “Artrising” sərgi - online galeryanın açılışı, Mustafayev adına Milli incəsənət muzeyi, Bakı, Azərbaycan 2017 – “Mercedes Benz Fashion Week Baku” Art Corner, Bakı, Azərbaycan 2017 – “Narlar və uca dağlar”-Azərbaycan sərgisi,Kunstation Kleinsassen, Almaniya 2017 – VIII Beynəlxalq Incəsənət festivalı “Qız Qalası”, Bakı, Azərbaycan 2017 – VI Beynəlxalq Incəsənət festivalı “Tulantıdan sənətə”, Bakı, Azərbaycan 2017 – Fərdi sərgisi “Caz ritmində”, QGallery, Bakı, Azərbaycan 2017 – “İncəsənət. Yemək. Şərab”, TOSCA, Bakı, Azərbaycan 2017 – qrup sərgi “10 Yıl”- GBB, Berlin, Almaniya 2017 – qrup sərgi “Spektrum”- Natavan qalereyası, Baku, Azərbaycan 2018 – Rəssamların qrup sərgisi, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2018 – "Əvvəldən sona" - qrup sərgisi, "White Gallery" qalereyası, Bakı, Azərbaycan 2018 – "Naxçıvan - Bəşəriyətn beşiyi" - Beynəlxalq İncəsənət Festivalı. Naxçıvan, Azərbaycan 2018 – Müasir rəssamların qrup sərgisi, Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan 2018 –"Soley" Beynəlxalq Francophone Festivalı, Sozopol.Bolqarıstan. Rəssamın əsərləri Azərbaycan Mədəniyyət Nazirliyinin kolleksiyasında, Azərbaycanda, Türkiyədə, Rusiyada, İngiltərə, Almaniyada və bir çox başqa ölkələrdə xüsusi kolleksiyalarda saxlanılır. 2018 – VIIII Beynəlxalq Incəsənət festivalı “Qız Qalası”, Bakı, Azərbaycan 2018 – VIII Beynəlxalq Incəsənət festivalı “Tulantıdan sənətə”, Bakı, Azərbaycan 2019 – Azərbaycan rəssamların qrup sərgisi, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2017-ci ildən bəri ”İstedart” layihəsi çərçıvəsində “İçərişəhər” tarixi-memarlıq qoruğunun dəstəyi ilə uşaq evləri və internat məktəblərindən olan əlil və Daun sindromlu uşaqlar üçün rəngkarlıq dərsləri keçir. Rəssamın əsərləri Azərbaycan Mədəniyyət Nazirliyinin kolleksiyasında, Azərbaycanda, Türkiyədə, Rusiyada, İngiltərə, Almaniyada və bir çox başqa ölkələrdə xüsusi kolleksiyalarda

Bəhruz Kəngərli - Rəsmlər

Yuxuyabənzər təsvirlər, sanki şüuraltının dərinliklərindən peyda olub, onların qıraqları isə lay-lay boya ilə oyulub.